Kəsik insan başlarının hansı ölkə və qəbiləyə aid olduğu araşdırılır

 Türkiyənin İzmir şəhərində arxeloji qazıntılar zamanı tapılan tarixi əsərlərin arasında Amazonun dərinliklərində yaşayan yerlilərin kəsib xüsusi əməliyyatlardan keçirərək kiçiltdikləri, "tsantsa" adlandırılan 4 insan başında makroskopik araşdırma aparılıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 1-nin saxta, digərlərinin orijinal olduğu müəyyənləşən insan başlarının hansı ölkə və qəbiləyə aid olduğunu təyin etmək üçün DNT testləri aparılacaq. Kəsik başların dodaqlarındakı  iplərin də sirri dəqiq aydınlaşdırılmayıb. Ancaq ehtimal olunur ki, başlar düşmənlərə aid olduğundan və pis ruhları  içlərində qalsın deyə dodaqlarını iplə tikiblər .

Turan