Yenə aşkar olunacaq


“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların sayı kifayət qədərdir” 

“Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım cinayətlərinin cüzi bir hissəsidir”.
Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, işğaldan azad etdiyimiz və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərdə, həmçinin Ermənistanda kütləvi məzarlıqların sayı kifayət qədərdir:

 “Bu məzarlıqların əhəmiyyətli hissəsi, çox güman ki, çətin keçilən dağlıq ərazilərdə, meşələrdə, o cümlədən yaşayış məntəqələrindən uzaq, diqqət çəkməyən sahələrdə yerləşir. 

Bu günə qədər Ermənistan mediasında müharibə cinayətkarlarının və şahidlərinin öz vəhşiliklərindən öyünərək nəql etdikləri hadisələr də belə deməyə əsas verir. 

Bu baxımdan, zaman keçdikcə, kütləvi qətliam səhnələrinin sübutu olan yeni-yeni məzarlıqların aşkar olunacağına şübhə etmirəm”.