106 ildir erməni ideoloqlar yalan təbliğat aparırlar


Qafar Çaxmaqlı: "1915-ci il olaylarına görə heç kəs Türkiyəni mühakimə edə bilməz"

   106 ildir erməni ideoloqları öz iyrənc yalanlarını təbliğ etməklə, dünyanı türk toplumuna qarşı doldurmağa çalışırlar. Türklər tərəfindən “soyqırım”a məruz qaldıqları iddiası ilə hər il “24 apreli matəm günü” kimi qeyd edirlər. Əslində, aprelin 24-də Osmanlı dövləti ərazisində heç bir erməni qətlə yetirilməyib. Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızmağa başlayıblar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılıb. 

Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi buna ən gözəl bəhanə ola bilərdi. Osmanlı imperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən, xəyanətkar olmalarından, satqın xislətindən irəli gəlirdi. Osmanlı dövləti cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hnçak” partiyalarının rəhbərlərini həbs edib. Tarixi faktlar, arxiv materialları bunu isbatlayır. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur buraxdı. 

“Soyqırımı” iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı xüsusi amansızlıq nümayiş etdirdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə köç qərarı çıxartdı. Kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkar erməni dəstəsinin üzvləri həbs olundu. Köç karvanlarında yollarda aclıqdan və xəstəlikdən ölən ermənilər oldu. Yəni heç bir qətliam və yaxud “soyqırımı”ndan söhbət gedə bilməz. Ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra Türkiyənin 6 vilayətində dövlət yaratmaq xülyaları boşa çıxdı. Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "soyqırımı" dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Bədxahlar usanmadan dünya ölkələrinin parlamentlərində saxta “soyqırım” mövzusunu gündəmə gətirməyə çalışırlar. Halbuki, tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Erməni “tarixçi”lərin 1915-ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya “türklər tərəfindən qətlə yetirildiyini” iddia etməsi cəfəngiyyatdır. Çünki Osmanlı imperiyası dövründə əhalinin siyahıyaalınması zamanı orada cəmi 1 milyon 200 min erməninin yaşadığı qeyd edilib. Bu sənədin özü də qondarma “erməni soyqırımı”nın gerçəklikdən uzaq, habelə böhtan olduğunu bir daha təsdiqləyir. Tarix boyu türklərə qarşı bir neçə soyqırım həyata keçirmiş, xalqımıza Xocalı faciəsini yaşatmış quldur erməni daşnakları qəhrəman türk xalqını saxta “soyqırım” törətməkdə ittiham edir. Acınacaqlı məqam odur ki, ermənilər özlərinə “demokratik” Qərb ölkələri arasında dəstəkçi də tapırlar. Fransa Prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırım” adlandırmaqdan imtina etdi. Bildirdi ki, soyqırım faktına siyasətçilər yox, tarixçilər, hüquqşünaslar qiymət verməlidirlər. Bu açıqlamanın özü göstərir ki, ABŞ və Avropa ölkələri “erməni soyqırımı”na yanaşmada ikili standart sərgiləyirlər. Əks halda yüz il əvvəl Osmanlı Türkiyəsində baş vermiş hadisələrə də yalnız tarixçilər qiymət verməli, məsələ siyasi təzyiq vasitəsinə çevrilməməliydi. 

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında bildirib ki, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, soyqırım məfhumu hüquqi termindir. Professorun sözlərinə görə, soyqırım məsələlərinə beynəlxalq hüquqi perspektivdən baxılır:

 “1915-ci ildə yaşanmış hadisələr “soyqırım” kimi qəbul edilə bilməz. Çünki bunun üçün beynəlxalq məhkəmənin qərarı olmalıdır. Həmin dövrdə Türkiyədə baş vermiş hadisələrin “soyqırım” olmadığı ondan görünür ki, ermənilərin baş vurduqları heç bir beynəlxalq məhkəmə bu iddiaları yaxın buraxmayıb. Ayrı-ayrı ölkələrin parlamentlərində qəbul olunanlar isə siyasi qərarlardır və heç bir hüquqi əsası yoxdur. 1915-ci il olaylarına görə heç kəs Türkiyəni mühakimə edə bilməz. Xatırladım ki, elə bu mövzuda ötən gün Türkiyə Cümhuriyəti Rabitə Nazirliyi tərəfindən “Tarix və hüquqi perspektivdən 1915-ci il olayları” adlı simpozium təşkil olunmuşdu. Dünyanın ən məşhur ermənişünaslarının iştirak etdiyi tədbirdə qondarma “soyqırımdan” ətraflı danışıldı. Tədbirə mən də qatıldım və “1915-ci il 27 may erməni köçündən öncə və sonra erməni qaynaqlarında olan yazıların incələnməsi” mövzusunda məruzə etdim”. 

Q.Çaxmaqlının fikrincə, Ermənistan Türkiyə və Azərbaycanla sülh bağlasa belə ermənilər yenə də qondarma “soyqırımı”ndan, bu saxta ideologiyadan vaz keçməyəcəklər: 

“Çünki bu, erməni millətinin özünü dünyaya tanıtma ideologiyasına çevirib. Düşünürlər ki, əgər bu məsələ yoxdursa, deməli, erməni millətinin var oluşundan danışmaq çətin olacaq. Təbliğatı nəyin üstündə quracaqları bəlli olmayacaq. Ona görə bu saxta iddiaları gündəmdə tuturlar”.