76 milyon manat ziyanla işləyir
Yusif Nəzərli
21:28 18.05.2022
Tarix
1039
AZAL bacarıqsızlığın son həddindədir
"Araşdırılma aparılsın, bəlkə bacarıqsızlıq yox, cinayət əməlləri var. Bilək, görək, kimdir bu xalqın düşmənləri?!"
“Azərbaycan Hava Yolları” (AZAL) yenə ziyanla işlədiyini bəyan edib. AZAL 2020-ci il üzrə maliyyə hesabatını təqdim edərkən 76,4 milyon manat zərər etdiyini açıqlayıb. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb. 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat olub. Qurum koronavirus pandemiyası ilə əlaqədar hökumətdən 232, 8 milyon manat subsidiya alıb. Şirkətin məlum açıqlaması sosial şəbəkələrdə tənqid olunub. Ekspertlər də AZAL-ın ziyanla işləməsinin anormal olduğunu bəyan ediblər. Qeyd olunub ki, inhisarçı olan, bütün uçuşlara nəzarət edən, qiyməti kəllə-çarxa qaldırıb bilet satan bir qurumun buna rəğmən zərərlə işləməsi anlaşılmazdır.
İqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, əgər şirkət ziyanla işlədiyini açıqlayırsa, bu, qeyri-effektiv idarəetmədən irəli gəlir. Ekspertə görə, bir sıra qurumlardakı qabiliyyətsiz idarəetmə hökumətin, dövlət büdcəsinin üzərinə əlavə yük qoyur:
“İki il bundan qabaq İnvestisiya Holdinqi yaradıldı. Amma görünən odur ki, bu Holdinq də heç bir işə yaramadı. Halbuki, İnvestisiya Holdinqi ona görə yaradılmışdı ki, qısa zaman kəsiyində dövlət büdcəsinin üzərinə düşən yükü götürsün. Əfsuslar olsun, böyük ümidlərlə yaradılan Holdinq qarşısına qoyulan öhdəliyə əməl edə bilmədi. Azərbaycanın geostrateji mövqeyini, şimal və cənub qonşumuzun ciddi sanksiyalara məruz qaldığını nəzərə alsaq, hava məkanından çox əlverişli istifadə edərək yüksək gəlir əldə etmək mümkündür. Amma bunu edə bilməmək bacarıqsızlığın son həddidir.
AZAL-ın hər cür texniki təminatı var. Hava limanlarımız yüksək səviyyədədir, təyyarələrimiz yenidir. Bütün çatışmazlıqlar dövlət tərəfindən qarşılanır. Lakin qurum yenə də ziyanla işləyir. Yaxşı olar ki, AZAL-ın xərclərinin auditi aparılsın və şirkətin niyə ziyanla çalışdığı aydınlaşsın.
Bilet qiymətlərinin bahalığı göz önündədir. Təyyarə ilə hansısa ölkəyə gedib-gəlmək adamın büdcəsini əməlli-başlı yandırır. Araşdırılma aparılsın, bəlkə bacarıqsızlıq yox, cinayət əməlləri var. Bilək, görək, kimdir bu xalqın düşmənləri?!
Nəhayət, AZAL idarəetmə və menecerlik qabiliyyəti olan şəxslərə həvalə edilməlidir. Onların qarşısında da konkret tapşırıqlar qoyulmalıdır ki, qısa zaman kəsiyində nəticələr qənaətbəxş olsun və insanlar razı qalsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya