"Ahıska türklərinə mütləq sahib çıxmaq lazımdır"
"Ahıska türklərinə mütləq sahib çıxmaq lazımdır"
Yusif Nəzərli
14:30 15.11.2022
Tarix
1873
Faiq Ələkbərli: "Ahıska türkləri gec-tez öz yurdlarına geri dönəcəklər"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ahıska türklərinin müdafiəsindən danışıb. Çavuşoğlu bildirib ki, ahıskalılar 78 il əvəvl sadəcə türk olduqları üçün vətənlərindən sürgün ediliblər: "Türkiyə ahıska türklərinin müdafiəsini davam etdirəcək. Əlimizdən gələni edəcəyik". Qeyd edək ki, Ahıska türklərinin öz ata-baba yurdları olan Cənub-Qərbi Gürcüstandan Orta Asiyaya deportasiya edilməsindən 77 il keçir.
Bütün çətinliklərə baxmayaraq, bu azsaylı xalq öz türklüyünü qoruyub saxlayıb. Məhz buna görə Gürcüstanı tarixi vətəni hesab edən ahıskalılar ilk növbədə Türkiyəyə öz tuturlar. Türkiyədə yaşayan eyni soylu xalqın mövcudluğu və bu ölkənin ahıskalılarla bağlı köç siyasəti onların axınınına töhfə verən digər iki vacib amildir. Hazırda dünyanın Azərbaycan və Orta Asiya daxil olmaqla 9 ölkəsində 600 minə yaxın ahıska türkü yaşayır. Onların bəzilərində təhlükəsizliklə bağlı narahatlıq və hərbi münaqişənin nəticələri hələ də ahıskalıları öz gələcəklərini yenidən nəzərdən keçirməyə məcbur edir.
Türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə deyib ki, ahıska türkləri də türklüyün önəmli bir parçasıdır.
Alimin sözlərinə görə, sürgünə məruz qalmış, yerlərindən didərgin salınmış ahıska türklərinə mütləq sahib çıxmaq lazımdır:
"Biz də ahıska türkləri məsələsini daim gündəmə saxlayırıq. Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlunun da bununla bağlı açıqlaması təqdirəlayiqdir. 78 il öncə sırf türk olduqları üçün sürgün edilmiş ahıska türklərinə Türkiyə də, Azərbaycan da sahib çıxmalıdır. Ahıska türkləri gec-tez öz yurdlarına geri dönəcəklər. Ancaq o vaxta kimi Türkiyə, Azərbaycan, o cümlədən Orta Asiya onların da vətənidir.
Gürcüstan onlar üçün necə doğmadırsa, illərlə yaşadıqları Azərbaycan və Türkiyə də dəyərlidir. Sürgünə məruz qalmış ahıska türklərinə doğmalıq, diqqət və qayğı hamımızın borcudur. Düzdür, Türkiyədə onlar üçün daha geniş şəraiti yaradılır. Amma ahıska türkləri vaxtı ilə Azərbaycanda "Vətən" Cəmiyyəti yaratmışdılar. Onların bir çox tanınmış simaları var.
Məsələn, Ömər Faiq Nemanzadə, Əhməd Pepinov və başqaları hər daim Azərbaycanın, bütün türk dünyasının böyük övladları sayılır. Ona görə də ahıska türkləri həm də bizim məsələmizdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya