Akif Aşırlı: “...Bakısız Azərbaycan başsız bədən olardı” - Fotolar
Yusif Nəzərli
11:36 15.09.2022
Tarix
2187
15 sentyabr - Bakının erməni-bolşevik işğalından azad olmasının 104-cü ildönümü, Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən biridir.
Hər il 15 sentyabr günü Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakının Şəhidlər Xiyabanında ucaldılmış abidə ziyarət məkanına çevrilir.
Rəsmilər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və sadə vətəndaşlar Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş qəhrəman əsgərlərin ruhuna hörmət əlamətləri olaraq həmin məkana üz tuturlar.
Azərbaycan Türk Ocağı İctimai Birliyinin üzvləri də Şəhidlər Xiyabanına gedərək Qafqaz İslam Ordusunun xatirə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər, əziz şəhidlərin ruhuna dualar oxuyub.
Ziyarət əsnasında Qafqaz İslam Ordusu barədə qısa məlumat verən Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru
Akif Aşırlı vurğulayıb ki, Bakının qurtuluşundan 104 il keçir. Onun sözlərinə görə, 104 il əvvəl Nuru Paşanın komandanlığında türk ordusu Azərbaycanın imdadına yetişib: "Peşəkar türk ordusu Azərbaycan milli hərbi qüvvələri ilə, könüllü dəstələrlə birləşdi və Qafqaz İslam Ordusu yaradıldı.
İstiqlal bəyannaməsində əksini tapan Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərinin böyük qismi bərpa edildi, asayiş təmin olundu. 1918-ci ilin sentyabrın 15-də Bakı 36 saatlıq döyüşlə bolşevik-daşnak və ingilis hərbi birləşmələrindən azad edildi.
Azərbaycan öz tarixi paytaxtına qovuşdu. Bakı uğrunda döyüşlərdə 6 min hərbçi, eyni zamanda Bakı və ətraf kəndlərdən yığılan könüllülər döyüş əməliyyatında iştirak etmişdilər. 6 ay sürən Azərbaycanın İstiqlal savaşında 1146 türk ordusu zabit və əsgəri, 2 min Azərbaycanın hərbi qüvvələri, könüllülər şəhid oldular. Çoxsaylı şəhidlər verməyimizə baxmayaraq, son həmlə uğurlu alındı".
A.Aşırlı qeyd edib ki, bu şanlı tarix hec vaxt unudulmayacaq: "Məhəmməd Əmin Rəsulzadənin bir sözü var. Deyir ki, "28 may Azərbaycan tarixində, istiqlal tariximizdə hansı önəmi kəsb edirsə, 15 sentyabr da həmin önəmi daşıyır".
15 sentyabrın tarixi əhəmiyyəti çox böyükdür. Bakısız Azərbaycan başsız bədən olardı. Azərbaycanın bütövlüyü uğrunda döyüşən və şəhid olanlara Tanrıdan rəhmət diləyirik. Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalarda şəhid olan qardaşlarımıza da Allah rəhmət etsin, qazilərimizə şəfa versin".
Baş redaktor bəyan edib ki, Qafqaz İslam Ordusu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının simvoludur: " Eyni zamanda kiçik Turan Ordusu formatında tarixləşən fövqəladə hadisədir. Hamımızın vəzifə borcudur ki, burada ucaldılan bu abidəni ziyarət edək və şanlı tariximizi anaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya