
"Atatürk Türkiyəni sadəcə silahla, hərbi güclə qurmadı"
Yusif Nəzərli
07:18 11.11.2022
Tarix
2144
Faiq Ələkbərli: "Eyni zamanda bir çox mənəvi-siyasi ideyalardan da yararlandı"
Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub. 1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilib.
1938-ci ilə, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə dövlət başçısı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan prezident olub. 1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Anıtqəbirə köçürülüb. Anıtqəbrə Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib.

Türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, Mustafa Kamal Atatürk nəinki Türkiyə Cümhuriyyəti, bütün türk dünyası və xalqları üçün çox önəmli şəxslərdən biridir. Alim vurğulayıb ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində süquta uğramış Osmanlının yerində yeni türk dövləti qurmaq heç də asan deyildi:
"Atatürk Türkiyə Cümhuriyyətini qurduğu zaman sadəcə silahdan, hərbi gücdən istifadə etmədi. Eyni zamanda bir çox mənəvi-siyasi ideyalardan da yararlandı. Onun izlədiyi yol çağdaş dövrün tələblərinə uyğun müasir türk respublikası qurmaq idi. Osmanlı dövləti daha çox dini dəyərlərə əsaslanırdı və özünəməxsus qayda-qanunları var idi. Böyük Osmanlının yerinə ancaq Anadolunu əhatə edən Türkiyə Cümhuriyyətini qurmaq böyük zəhmət tələb edirdi. Atatürk yeni cümhuriyyəti qurarkən ilk növbədə türklüyün yenidən Anadoluda bərpasını nəzərə aldı. İlk növbədə millətə türklüyü yenidən qazandırdı. Cümhuriyyətin də ilk prinsipi məhz türklük üzərində idi. Əlbəttə, bu, heç də o anlama gəlmir ki, Atatürkün Türkiyəsində bəzilərinin iddia etdiyi kimi islam dininə məxsus dəyərlər arxa plana keçdi. Xeyr, elə deyil. Sadəcə, dinə münasibətdə də yeni yanaşma ələ alındı. Türklük və milliyyətçilik hissləri ilə yanaşı, yeni türk insanının dinə yeni baxışı da formalaşdı. Bütün bunlarla yanaşı, Mustafa Kamal Atatürk mənəvi atası saydığı Ziya Göyalpın "türklük, islamlıq, çağdaşlıq" triadasını da qəbul edirdi. Məlumdur ki, Ziya Göyalp da böyük türk mütəfəkkiri Əli bəy Hüseynzadənin prinsiplərinə əsaslanmışdı".
F.Ələkbərli qeyd edib ki, Atatürk Ziya Göyalpdan aldığı türklük ideyasını dövrün tələblərinə uyğun olaraq doğru müəyyənləşdirə bildi:
"Atatürkün qurduğu yeni Cümhuriyyətdə türklüklə yanaşı, digər dəyərlərə də sahib çıxıldı. Beləliklə, Atatürk türk insanını ən azından Anadoluda yenidən canlandırdı. Atatürk dəfələrlə deyirdi ki, "Türkiyədən kənarda da türklər yaşayır. Onlar nə zaman öz azadlıqlarını əldə etmək istəsələr, Türkiyə onların yanında yer almalıdır". Böyük Atatürkün dediyi fikirlər təxminən 70 ildən sonra reallaşdı. Azərbaycanın şimalında müstəqilliyimizi bərpa etdik. Eyni zamanda Türkistan diyarındakı respublikalar müstəqilliklərini elan etdilər. Atatürk buna, türk dünyasının azadlığına və birliyinə inanırdı. Bu gün Türk Dövlətləri Təşkilatı yaranıb və ciddi fəaliyyət göstərməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya