
Atatürkün övladlığa götürdüyü və itkisindən çox sarsıldığı üç it: Alp, Alber və Foks
Yusif Nəzərli
13:57 30.08.2022
Tarix
2239
Mustafa Kamal Atatürkün heyvan sevgisini bilməyən yoxdur. Ömrü boyu hətta cəbhə xəttində belə onun yanında həmişə it olub.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, rəvayətə görə, Atatürk Sofiyada hərbi səfərdə olduğu zaman Alp adlı iti övladlığa götürüb. Bundan sonra onu 1918-ci ilə qədər heç vaxt yanından ayırmayıb. Bu o deməkdir ki, Alp Birinci Dünya Müharibəsinin şahidi olub. Alpın hansı gündə öldüyü məlum deyil. Deyilənə görə, Atatürk Fələstinə gedərkən və ya Megiddo döyüşü zamanı Alpı itirib.
M.K.Atatürkün Alberlə tanışlığı isə Sakarya Meydan döyüşündə baş verib. Bu döyüşdən geri çəkilərkən yunanlar Alberi azad buraxıblar. Atatürk Alberi görən kimi ona sahib çıxıb.
O bir gün belə Paşanın yanından ayrılmır. Onlar birlikdə döyüşdən-döyüşə atılır, qələbədən-qələbəyə addımlayır. Alber Kastamonuda papaq inqilabına şahidlik edib. Alberin ölüm tarixi bəlli deyil. Və Çankayanın ən dəcəl və populyar uşağı Foks. Atatürkün onunla ilə tanış olduğu tarix və məkanla bağlı müxtəlif söz-söhbətlər olsa da, ümumi rəy onun Yalovada bir fotoqrafdan övladlığa götürülməsidir . Qazinin Yalovaya getdiyi ilk tarix 1929-cu ilin avqustu idi və Foks o tarixdən etibarən fotoşəkillərdə görünməyə başladı.
Atatürklə dostluğu Alp və Alberdən daha gec olan Foks haqqında xatirələr daha çoxdur. Onlardan ikisi olduqca maraqlıdır. Floryadan Sirkəciyə qatarla keçən Atatürk Foksa bilet alır, yəni malların daşındığı vaqona. Amma Foks Atatürkün yanında birinci cərgədə əyləşir.
Biletlərini yoxlamağa gələn biletçi deyir ki, Foks bu biletlə burda səyahət edə bilməz. Qazi heç vecinə də almır, amma nə olacağını qabaqcadan görüb 'apar'- deyir. Foks biletçinin bu hərəkətinə qəzəblənib onun əlinə hücum edir. Sonra Atatürk dedi: 'A kişi, itdən niyə bilet istəyirsən?' - deyir və gülməyə başlayır.
Başqa bir hekayə daha maraqlıdır. Yeni təyin olunan valilərdən biri Atatürkü ziyarət edir, amma vali köhnə Osmanlı adət-ənənələrini dərk etmədiyi üçün otağın ətrafında bir neçə addım atır və ona əyləşdiyi yerdən salam verir. O ana qədər Qazinin yanında sakitcə uzanan Foks qubernatorun bu hərəkətini təhdid kimi görür və təzə qubernatoru göbəyindən dişləyir. Falih Rıfkı bu hadisəni itin "Osmanlı adət-ənənələrindən xəbərsiz olan vali üzərində qələbəsi” kimi təsvir edir.
Hadisədən sonra Foks olduqca kədərli şəkildə öldürülür. Atatürk “pis bir şey etmək üçün dişləmədi, mənim onun niyyətindən xəbərim var” desə də bu fayda vermir. Bir növ dövlət protokolları emosiyalardan üstün tutulur və gözəl it yuxuya verilir.

Baytarlar Atatürkü sevindirmək üçün onun cəsədini dondursalar da, Atatürk Foksu belə vəziyyətdə görəndə görəndə dözə bilməyib basdırın deyir. Qazinin bu əmrinə qulaq asmayan Necdet Pençe sayəsində Foks bu gün Anıtkabirdə uyuyur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya