Ermənilər üçün "soyqırımı" ifadəsi alver predmetidir! – “Türkiyə arxivləri açır, baxsınlar”
Yusif Nəzərli
17:05 23.04.2022
Tarix
1152
Hər il ermənilər və onları dəstəkləyənlər aprelin 24-də qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirirlər.
Uydurma yalanın beynəlxalq səviyyədə tanınması üçün erməni diaspor təşkilatları fəallaşırlar. Amma Osmanlı dövləti ərazisində ermənilərin planlı şəkildə kütləvi məhvi iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Tarixi sənədlər "erməni soyqırımı"nın əsassızlığını sübuta yetirir. Sanki onlar üçün "soyqırımı" ifadəsi alver predmetidir.
Dünya qondarma "erməni soyqırımı" yalanlarından yox, Xocalı soyqırımına dair həqiqətlərdən danışmalıdır. Dinc və əliyalın azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. Ortada çoxsaylı faktlar, sübutların olmasına rəğmən Xocalı soyqırımını beynəlxalq ictimaiyyət tanımayıb. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
Millət vəkili Elman Məmmədov mövzunu"Sherg.az"a dəyərləndirib. Onun sözlərinə görə, Türkiyənin çörəyi, suyu ilə yaşayan toplum bizə xəyanət edib:
"Özlərini "erməni" adlandıran toplumun bir neçə ismi var: "armiyan", "hay" və s. Haradan, necə yaranıblar məlum deyil. Türkiyə dəfələrlə arxivlərinin açıq olduğunu söyləyir. Tarixdə belə bir hadisə baş verməyib. Üsyan qaldırdılar, dinc türk insanlarını soyqırımına məruz qoydular. Nəticədə köçürüldülər. Soyqırımı iddiasını ortaya atan ermənilər və soyqırımı adından yararlanıb vaxtaşırı Türkiyəyə qarşı təyziq edən dövlətlər olub. Türkiyədə bir çox araşdırmalar aparılıb. Yaxın günlərdə qardaş ölkədə yüksək səviyyədə beynəlxalq tədbir keçirildi. Uydurma soyqırımının bir daha türklərə qarşı təyziq vasitəsi kimi istifadəsi aydınlaşdı. Onlar məzlum, guya, soyqırımına məruz qalmış millət kimi qələmə verirlər. Saxta tarixlərini oxuyanda, bütün dönəmlərdə vəhşilik, vandalizm törətdiklərini görmək mümkündür. Xocalıda gerçəkləşdirdikləri soyqırımı bariz nümunəsidir. Xocalıdan öncə, Qaradağlı, Başlıbel, Meşəlidə və s. dinc insanları qətlə yetirdilər. Həmin soyqırımıların canlı şahidləri yaşayır, sənədlər, faktlar, videogörüntülər var. İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar onların iç üzünü göstərir. Həqiqətdə insanlıqdan kənar, vəhşi və faşist ideologiyası ilə yaşayan bir toplumdur".
Millət vəkilinin qənaətincə, soyqırımı tanımaq, şahidləri, şəhərləri, kəndləri görmək istəyirlərsə, Azərbaycana gəlsinlər:
"Azərbaycan 30 ildən artıq işğalda qalan ərazilərini erməni vandallarından azad etdi. Tarix isə göz önündədir. Ermənilərin işğalından qurtarılan torpaqlarda törətdikləri vəhşiliklərə baxsınlar. Hələ də ermənilərin nəzarətindəki Xocalıya nəzər salsınlar. Görsünlər ki, soyqırımı törədənlər kimdir, soyqırımına məruz qalanlar kimdir.
Ədalətlidilərsə, düzgün mövqe tuturlarsa, səsimizə səs versinlər. Hələ bugünədək taleyi haqqında məlumat olmayan 4 min nəfərə qədər azərbaycanlıdan xəbər alsınlar, ermənilərdən soruşsunlar. 44 günlük müharibədən sonra 200-300-dən çox insanların şəhid olduğu mina zonalarından söz açsınlar. Kimlər edib? Viran qalmış torpaqlarımıza kor gözləriylə diqqət yetirsinlər.
Görəndən sonra ədalətli mövqedə davranan da, davranmayan da olur. Soyqırımı bizim xalqımıza, şəhərlərimizə, dövlətimizə, kəndlərimizə qarşı törədilib, onlara qarşı yox".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region