Gəncə xanı Cavad xanın şəhid olmasından 219 il ötür
13:31 15.01.2023
Tarix
1647
219 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.
Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq əsas məsələ ondadır ki, köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.
AZƏRTAC-ın bölgə müxbiri Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənovla bu barədə söhbət edib onun mövqeyini öyrənib.
Müzadil Həsənov 2022-ci ildə sözügedən məsələ ilə bağlı AMEA-nın Tarix İnstitutuna sorğu göndərib müsbət cavab aldıqlarını deyib: “Yazılan tarixin təsdiqi üçün əlavə isbatımız da var. Tarixi mənbələrdən məlum olduğu kimi, rusların qalaya hücumu Ramazan bayramının səhəri sübh tezdən baş verib. Hicri tarixi ilə də 1 Şəvval, yəni, Ramazan bayramı günü Yulian təqvimi ilə 2 yanvar və ya müasir təqvimlə 14 yanvar gününə düşür. Qalanın işğalı da bayramın səhəri, yəni, yanvarın 15-i baş tutub”.
1918-ci il yanvarın 18-dən Rusiya Yulian təqvimindən Avropa (Qriqori) təqviminə keçib. Həmin il mayın 1-də isə Azərbaycanın da daxil olduğu Zaqafqaziya Demokratik Federativ Respublikasında Qriqori təqviminə keçilib. Yulian təqvimi ilə 1804-cü il yanvarın 3-ü hazırda istifadə etdiyimiz Qriqori təqvimi ilə gün fərqinə görə məhz 1804-cü il 15 yanvar gününə təsadüf edir.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Atası Şahverdi xan Gəncənin xanı, anası Şərəf Cahan bəyim isə əsil-nəcabətli köklü bir nəslin qızı olub. Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Cavad xan 1804-cü il rusların Gəncəni işğalı nəticəsində qəhrəmancasına həlak olub. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şəkildə şəhid olub. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçib və xanlıq ləğv olunub.
Gəncəlilər artıq bir neçə ildir ki, Gəncə xanı Cavad xanın anım gününü 15 yanvar tarixində onun məqbərəsi qarşısında keçirirlər.
“Uzun müddətdir davam edən yanlışlığa iki ildir ki, nəhayət son qoyulub və Gəncə şəhər rəhbərliyinin qərarı ilə Cavad xanın rəsmi anım mərasimi keçən il olduğu kimi, bu il 2023-cü il yanvarın 15-də şəhid xanımızın türbəsi önündə keçiriləcək”, - deyə M. Həsənov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm