
İrana tarix dərsi! - “Cənubi Azərbaycan Cümhuriyyəti məsələsi gündəmdə...”
Yusif Nəzərli
12:25 04.11.2022
Tarix
2230
“Parlamentdə 2010-cu ildəki çıxışım zamanı , "Türkmənçay" müqaviləsinin qüvvədən düşməsini tanımağımız barəsində məsələ qaldırdım”
“Ona görə də bu məsələ mütəmadi olaraq qaldırılmalı və Güney Azərbaycana hər cür dəstək göstərilməlidir"
Son zamanlarda İranın Azərbaycana qarşı qərəzli mövqeyi və separatçılıq fəaliyyəti daha da şiddətlənib. Bu ölkə Azərbaycanı sözdə din qardaşı və qonşu adlandırır, əməldə isə minbir fitnə törədirlər.Cənub sərhədlərimizdə təlimlərin keçirilməsi, Qafanda konsulluğun açılması və Güneyli soydaşlarımızın hüquqlarının pozularaq təqiblərə məruz qalması bunun ən bariz nümunəsidir. Digər tərəfdən İran dövlət televiziyaları və ayrı-ayrı siyasi fəallar Azərbaycana hücum edilməsini və Naxçıvanın işğalını təklif edir. Ortada sual yaranır ki, bizə qarşı bu qədər düşmənçilik bəsləyən Cənub qonşumuza qarşı, niyə “Cənubi Azərbaycan Cümhuriyyəti” məsələsini iərli sürmürük. Axı bizim orada doğmalarıyla qovuşmağı gözləyən 40 milyon soydaşımız var.

Məsələni "Sherg.az" dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, rəhbərlik etdiyi partiya Cənubi Azərbaycan Cümhuriyyəti məsələsini uzun illərdir, gündəmdə saxlayır:
"Bizim Güney Azərbaycan departamentimiz var. Onlar 20 ildir ki, bu məsələ ilə məşğuldurlar. Digər tərəfdən 1991-ci ildə Azərbaycan müstəqillik aktını qəbul edəndə mən təklif etdim ki, ölkəmizin adı Şimalı Azərbaycan olsun və Cənub hissəmiz bilinsin. Parlamentdə 2010-cu ildəki çıxışım zamanı , "Türkmənçay" müqaviləsinin qüvvədən düşməsini tanımağımız barəsində məsələ qaldırdım. İranın davranışlarına isə mütəmadi şəkildə reaksiya bildiririk.
Partiyaların əksəriyyəti münasibət bildirmir və siz onları qınamaqda haqlısız. Lakin jurnalistlər də bu məsələni ciddi şəkildə gündəmdə saxlamalıdır. Düzdür, "Şərq" kimi bir neçə milliyətçi kəsim olan media qurumları məsələyə toxunur. Amma bu kifayət deyil. Gərək bütün qəzetlər, saytlar və media resursları mövzunu gündəmdə saxlasın. Bunu isə İranın davranışına görə yox, bizim təbii haqqımız olduğu üçün etməliyik. Bizim üçün əzəli status-kvo öz tarixi torpaqlarımızda birləşmiş Azərbaycandır.
Bunu gizlətmək olmaz. Milli hədəfi gizlətməzlər. Ona görə də bu məsələ mütəmadi olaraq qaldırılmalı və Güney Azərbaycana hər cür dəstək göstərilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya