
İranın tarix boyu Azərbaycana XƏYANƏTİ – Tarixçi sadaladı...
Yusif Nəzərli
15:37 07.10.2021
Tarix
3047
Son zamanlar İranla Azərbaycan arasındakı münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz ölkəmizə qarşı təhdidlərini davam etdirir, zaman-zaman müxtəlif şəxslərin rəsmi və ya qeyri - rəsmi açıqlamaları ilə öz gerçək niyyətləri büruzə verirlər.
Məsələn, ötənlərdə İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib. Bu zaman o, azərbaycanlıları hədələyərək “Şirin quyruğu ilə oynama” açıqlamasını verib.İranlı ayətullahın cavabı istər dövlətimiz, istərsə də xalqımız tərəfindən lazımi şəkildə verilib. Qəribədir ki, İran Azərbaycanı yalnız təhdid etmir, həm də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür.
Oktyabrın 4-ü Cəbrayılda səfərdə olan Prezident İlham Əliyev də Azərbaycanın güya öz ərazisinə İsraili gətirdiyi barədə İran tərəfinin əsassız ittihamlarını Bakının qəbul etmədiyini bildirib. Ali Baş Komandan həmçinin bu itihamların cavabsız qalmayacağını söyləyib.
İranın dərdini bilirik. Üzdə dost, arxada düşməndir. İşğalçı Ermənistana yardım edən də rəsmi Tehrandır, güneyli qardaşlarımızın hüquqlarını tapdalayan da.

Gəlin, görək qonşu İran tarix boyu Azərbayacana qarşı daha hansı xəyanətkar addımları atıb?
Tarixçi-alim Faiq Ələkbərli “Sherg.az”a açıqlamasında qeyd edib ki, tarixən bölgədə Qəznəvilər, Səlçuqlar, Bayandurlar, Səfəvilər, Qacarlar kimi bir çox dövlətimiz olub:
“Azərbaycan türkləri müxtəlif xalqlarla, o cümlədən farslarla birgə yaşayıblar. Məsələn, Səfəvilərin və Qacarların son dönəmlərində farslar digər dövlətlərin təsiri altına düşərək azərbaycan türklərinə xəyanət ediblər. Onlar Böyük Britaniyanın köməyilə Qacarların hakimiyyətini süquta uğradıblar.
Nəticədə Pəhləvilər hakimiyyətə gəliblər və güney azərbaycanlılara qarşı sərt siyasət yürüdüblər, hüquqlarını əllərindən alıblar. Molla rejimi dövründə ümid etdik ki, İran İslam inqilabından sonra vəziyyət dəyişəcək, lakin çox dəyişiklik olmadı. Azərbaycan Xalq Cümhuriyyətini İran tanımadı. Qacarlarda yüksək vəzifələri farslar tutduğu üçün Azərbaycan dövlətini tanımaq istəmədilər.
Çox sonradan 1920-ci ildə Cümhuriyyətimizi tanıdılar. Onlar Azərbaycan adı ilə razılaşmaq istəmirdilər, bunu özlərinə təhdid hesab edirdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı ikiüzlü mövqe tutdu.
Cənub qonşumuzun riyakarlığını Birinci Qarabağ müharibəsində də gördük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dedilər, əməldə Ermənistana yardım etdilər. Hətta onların o vaxtki xarici işlər naziri sonralar bildirdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı.
Ümumiyyətlə, İranı tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığı narahat edib. Cənub qonşumuz indi də ölkəmizə qarşı ikiüzlü siyasət yürüdür.
Sözdə ərazi bütovlüyümüzü tanıdıqlarını deyirlər, lakin Ermənistana yardım edirlər. Bir sözlə farslar heç vaxt Azərbaycan türklərinin hakimiyyətini qəbul edə bilməyiblər. Məhz buna görə müxtəlif təxribat kampaniyalarına əl atır, bizi hədələməyə çalışırlar.
Amma bilməlidirlər ki, qarşılarında əvvəlki Azərbaycan yoxdur, güclü bir dövlət var! Bununla yanaşı güneyli qardaşlarımız da bizim yanımızdadırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya