Menderes iki dəfə asılıb: Şahid edam günü olanları danışdı – ACI XATİRƏ - FOTOLAR
Ayyət Əhməd
14:32 07.01.2020
Tarix
1985
Türkiyədə 26 may 1960-cı il dövlət çevrilişindən sonra Yassıadada qurulan Yüksək Ədalət Divanı tərəfindən verilən qərarla, dövrün Baş naziri Adnan Menderes edama məhkum olundu. Onunla birlikdə Fatih Rüştü Zorlu və Hasan Polatkan da edam edilmişdi.
Həmin vaxt hərbi xidmətini Yassıadada keçirən, hazırda Kayserinin Bünyan qəsəbəsində yaşayan İbrahim Bozdağ 27 may 1960-cı il dövlət çevrilişindən sonra Fatih Rüştü Zorlu, Hasan Polatkan ve Baş nazir Adnan Menderesin edam edildiyi gündən danışıb.
Sherg.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, Bozdağın sözlərinə görə, əvvəl 42 ədəd məzar qazılsa da, edam olunanların sayı sonda 3-ə enib:
“Əsgərliyimi İstanbulda keçirirdim. Tapşırıqla Yassıadaya getdim. Yassıadadan sonra İmralıya getdim. Rəhmətlik Adnan Menderesi götürüb Yassıadaya apardılar. Orada məhkəməsi oldu. Məhkəmədən sonra isə Yassıadadan İmralıya apardıq.
General dedi ki, “bir yerə gedəcəyik, maşını gətir”. Yuxarı doğru irəlilədik, 42 ədəd məzar qazılıb. Həmin vaxt 42 nəfər nazirlərdən, məhbuslardan asılacaqdı. Sonra nədənsə, 42 nəfərin edamından geri çəkildi, 3 nəfər asıldı.
Onlar da Fatih Rüştü Zorlu, Hasan Polatkan və rəhmətlik Menderes idi. Onu da deyim ki, 42 nəfər edam olunacaqların arasında Osman Kavuncu da var idi. Sonradan qurtuldu. Həmin vaxt Cəlal Bayarı da mühakimə etdilər. O zaman Cümhuriyyət rəisi idi.
Mualla Mukadder Atakan adlı bir sənətçi var idi o vaxt. “Menderesin dostu”’ dedilər, “uşağı var” dedilər və “uşaq məhkəməsi” açdılar. Halbuki, ortada elə hallar yox idi. Həmin vaxtın hərbi sistemi uydurma ittihamlar irəli sürürdülər”.
80 yaşlı Bozdağ Menderesin son sözünün “Vətənə və millətə xoşbəxtlik arzulayıram” – olduğunu diqqətə çatdırıb:
“Baş nazir Menderes digər iki nəfərlə edam ediləcəyi gün, narahatlığı yarandı. Özünü yaxşı hiss etmədiyi üçün, onu həmin gün gətirmədik. Adada 3 dənə dar ağacı qurulmuşdu. Üçü də həmin gün asılacaqdı, amma dediyim kimi Menderes gətirilmədi. Sadəcə Fatih Rüştü Zorlu ilə Hasan Polatkanı gətirdik, cəllad dar ağacına çıxardı və onları asdı.
Mən təhkim olunmuş hərbi maşını gətirdim, meyitləri içinə qoydum, hamama apardıq. Molla bunları yudu, tabuta qoydu. Sonra məzarlığa apardıq, generalın göstərişi ilə mən, molla və cəllad tabutu iplə qazılı məzara endirdik, üstlərini torpaqladıq.
Menderesin edam edildiyi 17 sentyabr gününü anladan İbrahim Bozdağ, Baş nazirin dar ağacında olarkən, ayağının altındakı taxtanı özünün itələdiyini vurğulayıb:
“Bu zaman boğazındakı kəndir qırıldı, rəhmətlik Menderes yerə yıxıldı. Sonra təkrar dar ağacına çıxarıldı, edam edildi:
Həmin günün gözləri önündən lent kimi keçdiyini deyən Bozdağ bu sözləri söyləyib:
“Adnan Menderesi gətirdilər, nişanı döşündə taxılı idi. Dar ağacına çıxarıldıqdan sonra cəllada dedi ki, sənə ehtiyyac yoxdur, özüm edərəm. “Vətənimə və millətimə səadətlər arzulayıram” deyib, kəndiri boğazına keçirdi, ayağaltını itələdi. Bu vaxt ip qırıldı, Menderes yerə yıxıldı. İkinci dəfə asıldı. Belə bir acının təkrar yaşanmamasını diləyirəm. 60 illik acı bir xatirədir ki, yaşayıram. Çox üzgünəm, amma əlimdən gələn bir şey də yox idi. Hamısına Allah rəhmət eləsin, nur içində yatsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya