Prezident bir sıra iqtisadi anonslar verdi
Yusif Nəzərli
02:28 12.01.2023
Tarix
891
Bunların hər biri ayrı-ayrılıqda kifayət qədər əhəmiyyətli layihələrdir
“Prezidentin düz iki saat yarımdan artıq davam edən müsahibəsini 2022-ci ilin siyasi və iqtisadi anlamda yekunları və 2023-cü ilin proqnozları da adlandırmaq olar”. Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Prezidentin açıqladığı statistik məlumatların kifayət qədər cəlbedici olduğunu vurğulayan E.Əmirov deyib ki, adətən bəzi məlumatlar aidiyyəti qurumlar tərəfindən vaxtında açıqlanmadığı üçün burada səsləndirilən bəzi məlumatlar bizim üçün çox əhəmiyyətli idi: “Digər diqqətçəkən məqam isə Prezidentin 100-dən artıq iqtisadi statistikanı hansısa kağıza baxmadan yadında saxlaması və dəqiq ifadə etməsi idi. Düşünürəm ki, bütün iqtisadi proseslərin mərkəzində dayanmadan bunu əzbərləmək mümkün deyildi”.
Ekspert müsahibə zamanı cənab prezidentin verdiyi iqtisadi anonslara da toxunub: “Məsələn, İonika-Adriatik dənizi layihəsi və Albaniyada qaz şəbəkəsinin yaradılması haqqında verilən məlumat Azərbaycanın Avropada mövqeyini möhkəmləndirəcək, Balkanlarda Azərbaycanı gücləndirəcək layihələrin anonsu idi.
Rusiyanın silah bazarından çıxması və Azərbaycanın bu bazarda mövqeyinin genişlənməsinə dair açıqlama isə əslində ölkənin silah sənayesinin perspektiv hədəflərindən bir xəbər idi. Azərbaycanı guya Rusiya qazını idxal edərək, sonra Avropaya satmaqda günahlandıranlara da cənab Prezident dəqiq idxal-ixrac statistikası ilə cavab verdi. Bu, həm də Azərbaycana qaz lazım olduğu 2006-2007-ci illərdə Rusiyadan Azərbaycana əl tutulmadığının lazımi dairələrə çatdırılması idi. Hansı ki, o vaxt Rusiyadan qaz alışına son qoyuldu.
Transxəzər layihəsinə də münasibət birmənalı oldu və Azərbaycana müraciət edilmədən təşəbbüs etməyəcəyini bildirdi.
Və digər 10-dan artıq ölkə iqtisadiyatı üçün önəmli anons sadalandı. Bunların hər biri ayrı-ayrılıqda kifayət qədər əhəmiyyətli layihələrdir.
Amma mənim üçün Prezidentin gələcək haqqında özündən ən böyük informasiya daşıyan ifadəsi isə bu oldu: “... sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar (ermənilər) burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”. Bu ifadədə bir kitab gözəl məlumat var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə