Qərbi Azərbaycana qayıdış realdır
Yusif Nəzərli
07:28 12.01.2023
Tarix
841
Azərbaycan tarixi torpaqlarına müharibə ilə yox, sülhlə qayıtmaq istəyini elan edir
“İstisna deyil ki, qayıdış planında Qərbi Azərbaycana investisiya qoyuluşu da var"
"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış hədəfinin ritorikadan ibarət olmadığını deməyə əsas verir". Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Prezidentin çıxışından strategiyanın hazırlandığı nəticəsini çıxara bilərik: "Birincisi, Bakı azərbaycanlıların deportasiyasından sonra Qərbi Azərbaycandakı real vəziyyəti öyrənir. Ölkə rəhbəri bəyan etdi ki, boşaldılan kəndlərdə həyat yoxdur. Bu, qayıdış zamanı orada yaşayan ermənilərə də problem yaratmayacaq.
İkincisi, dövlət başçısının kəndlərlə bağlı real vəziyyəti təqdim etməsi qayıdış istiqamətində praktik işlərə start verildiyini təsdiq edir. Qərbi Azərbaycan İcması ilə görüş və vahid konsepsiyanın hazırlanması tapşırığı da bu yöndə atılan addımlara daxildir. Digər yandan Prezident “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” deməklə “hədəfimiz utopik deyil” mesajını verir. Mövcud şərtlərdə Qərbi Azərbaycana qayıdış utopik görünə bilər. Hərçənd XXI əsrin üçüncü onilliyində dəyişən geosiyasi mənzərə mümkün gözləntiləri də yaradır. 44 günlük müharibədən sonra yaranmış reallıq Rusiya və İran faktoruna rəğmən, Ermənistanın coğrafi olaraq Azərbaycan və Türkiyə arasında sıxılmış vəziyyətə düşməsi perspektivini də ortaya çıxarıb. Bu şərtlərdə azərbaycanlıların öz yurdlarına qayıdışının İrəvan qarşısında əsas tələblərdən biri kimi qoyulması imkanları var. Bakı bu məsələdə İrəvana diktə ilə yanaşmır, əməkdaşlıq təklif edir. Boş qalmış kəndlərin bərpa edilməsi, Ermənistanın “monodövlət” damğasından yaxa qurtarması və təbii ki, iqtisadi imkanlar təklif olunur. Azərbaycan tarixi torpaqlarına müharibə ilə yox, sülhlə qayıtmaq istəyini elan edir. İstisna deyil ki, qayıdış planında Qərbi Azərbaycana invesitisiya qoyuluşu da var".
A.Nərimanlı qeyd edib ki, geosiyasi şərtlər yetişməsə, Qərbi Azərbaycan məsələsində regionun siyasi mənzərəsi və qayıdış strategiyasının nəticə verməsi ehtimalı zəifdir. O baxımdan Prezidentin "Faktiki olaraq, Üçüncü Dünya müharibəsi gedir”, “Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür” kimi sözlərinə diqqət etməliyik:
"Adındır ki, Qərbi Azərbaycan planı təkcə regional şərtlərə yox, həm də yeni dünya nizamının qurulması perspektivinə istinadən işlənilib. XX əsrdə iki dünya müharibəsi siyasi xəritələrin dəyişməsi ilə nəticələndi və XXI əsrin “faktiki üçüncü dünya müharibəsi”nin də nəticəsində xəritələrin dəyişməsi perspektivi utopik görünməməlidir. İstisna deyil ki, ölkə başçısı həm də bu gələcəyi nəzərə alaraq, Qərbi Azərbaycan hədəfini mümkün perspektivə uyğunlaşdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə