Sənədlər Avropa dillərinə tərcümə olunmalıdır
Turan
08:12 31.03.2021
Tarix
722
Boran Əziz: "31 mart soyqırımının təbliğatının daha düzgün formalarının tapılması böyük əhəmiyyətə malikdir"
Martın 31-i tariximizə azərbaycanlıların soyqırımı günü kimi yazıldı. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətliam törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildi. Mart soyqırımı ermənilərin məqsədyönlü olaraq xalqımıza qarşı etnik təmizləmə siyasətinin ən bariz göstəricisidir.
103 il ötməsinə baxmayaraq, erməni vəhşiliyi xalqımızın qan yaddaşında əbədi iz buraxıb. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan 44 günlük Vətən müharibəsində layiqli dərsini artıqlaması ilə aldı. Möhtəşəm zəfərlə sadəcə erməni işğalçılığına son verilmədi, həm də tarix boyu günahsız yerə qətl olunan minlərlə azərbaycanlının qisası alındı. Ancaq mənfur ermənilər 44 günlük müharibə boyunca Tərtər, Gəncə, Goranboy, Mingəçevir şəhərlərində mülki yaşayış yerlərinə raketlər atdılar. Ermənilər növbəti dəfə öz təcavüzkar, terrorçu simalarını ortaya qoydular. Lakin haqq savaşından geri durmayan Azərbaycan Ordusu mülki ermənilərlə müharibə aparmadı. Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmadığımızı dünyaya sübut etdik.
Qanlı soyqırımın ildönümü ilə bağlı “Şərq”ə danışan tarixçi-alim Boran Əziz bildirib ki, 44 günlük qələbədən sonra 31 mart soyqırımının təbliğatının daha düzgün formalarının tapılması böyük əhəmiyyətə malikdir. Tarixçinin sözlərinə görə, mart soyqırımının başvermə səbəbləri, həyata keçirilməsi üsulları və yayıldığı arealla bağlı dolğun materiallar Avropa dillərinə tərcümə olunmalıdır. Bu materiallar aparıcı dövlətlərin parlamentlərində təmsil olunan nüfuzlu deputatların “email” adreslərinə göndərilməlidir:
“Əvvəlki illərdən fərqli olaraq indi fundamental həcmli, 200-300 səhifəlik monoqrafiyalara maraq yoxdur. Əlbəttə, bu cür əsərlər də vacibdir. Amma indiki dövrdə insanların səbri azdır, həvəsi yoxdur. İnsanların diqqətini daha tez cəlb etmək üçün modern üsullardan yararlanmaq lazımdır. Nəzərə alaq ki, gənclər flaşmoblardan daha çox istifadə edirlər. Biz də erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında ən müasir metodlardan, qısa və təsirli üsullardan faydalanmalıyıq. Bunun yolu da internet vasitələrindən düzgün istifadə etməkdir”.
Alim vurğulayıb ki, erməni vandalizminin təbliğatı müqayisəli şəkildə aparılmalıdır:
“Azərbaycanın qədim ərazilərində islam dini qəbul edildikdən sonra, hətta güclü hakimiyyətlər dövründə belə xristian abidələrinə toxunulmayıb. Əksinə, əsrlər boyu onların təhlükəsizliyi müsəlman türklər tərəfindən təmin olunub.
Əsrlər ötsə də Azərbaycanın müxtəlif bölgələrində xristian alban abidələri qalmaqdadır. Amma 1992-ci ildən bu yana, cəmi 28 il ərzində ermənilər azərbaycanlılara məxsus tarixi-dini abidələri yerlə-yeksan ediblər, məscidləri viran qoyublar. Məbədləri və toponimləri saxtalaşdırıblar.
Erməni quldurları 1918-ci mart soyqırımı zamanı sadəcə günahsız insanları qətlə yetirmədilər, eyni zamanda maddi-mədəniyyət abidələrini də dağıtdılar. Halbuki, ermənilər Qaraqoyunlular, Bayandurlular və Səfəvi hökmranlığı zamanı Azərbaycanda sülh şəraitində, əmin-amanlıq içində yaşamışdılar.
Türk-müsəlman dövlətləri erməni təbəələri üçün hər cür şərait yaratmışdı, ibadətlərinə imkan vermişdi. Təbliğat zamanı bu cür müqayisələr də aparılmalı, erməni vəhşiliyinin miqyası, düşmənin hansı xislətdə olduğu dünyaya çatdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya