
“Təmirli mənzillər ucuzlaşa bilər”
Yusif Nəzərli
13:04 03.11.2022
Tarix
1798
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda maliyyə naziri Samir Şərifov deyib ki, 2023-cü ildən xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur
O bildirib ki, 2023-cü ildə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması da gələn ilin prioritetlərindəndir.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur.

Bununla yerli istehsal olunan məhsullara daha çox fokuslana biləcəyimizi deyən iqtisadçı - ekspert Rəşad Həsənov “Sherg.az”a vurğulayıb ki, yəqin, Nazirlər Kabinetinə siyahının hazırlansına dair əlavə tapşırıq veriləcək:
“Çünki bu butün məhsullara şamil edilməyəcək. Amma tətbiq edildiyi halda da yerli istehsal məhsullarının maya dəyərinin ucuzlaşmağına gətirib çıxaracaqdır. Ona görə ki, hökumət 2022-ci ilin fevral ayında antiinflyasiya tədbirlər planının hazırlanması ilə bağlı məsələni qarşısına qoyub.
Bu günə qədər bu istiqamətdə ciddi addımlar atılmasa da, 2023-cü ildən vergidən azadetmə və rüsumlardan azadedilmə ilə bağlı müəyyən güzəştlərin verilməsi gözlənilir.
Burada əsas məqsəd istehlak səbətinə daxil olan məhsulların maya dəyərinin aşağı salınması yolu ilə, bazarda onların istehlak qiymətlərinin optimallaşdırılması və prioritet istiqamətində yaranmış təzyiqlərin qismən də olsa, neytrallaşdırılmasıdır".
Ekspert qeyd edib ki, bunun indiki şərtlərdə mənzillərin qiymətinə təsir göstərəcəyini düşünmürəm:
"Əslində burada mənzilləri də kateqoriyalaşdırmaq lazımdır. Yəni təmirsiz mənzillərdə istifadə olunan materialların əksəriyyəti yerli məhsuldur. Buna görə də təmirsiz mənzillərin qiymətində dəyişiklik gözlənilmir. Lakin təmirli mənzillərdə Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olaraq, az da olsa ucuzlaşma ola bilər. Çünki təmirdə istifadə olunan məhsullar xaricdən idxal olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya