İmtahandan keçməyən müəllimlər apellyasiyaya müraciət edə bilər


Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətinin vaxtı açıqlanıb.
Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.
O bildirib ki, müəllimlərin əlavə yerləşdirmə müsabiqəsinin müsahibə mərhələsi sentyabrın 2-3-də keçiriləcək.
Murad Camalzadə qeyd edib ki, ikinci mərhələnin müsahibə mərhələsi başa çatdıqdan sonra həm birinci, həm də ikinci mərhələdə uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətləri olacaq:
"Bu isə təxminən sentyabrın 8-9-da nəzərdə tutulur".