Təhsil naziri Ceyhun Bayramov bəzi məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə münasibət bildirib.
APA -nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda bəzi məktəblərdə bu problem mövcuddur:
"Ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğun həyata keçirilir. Ancaq bəzi ərazilərdə və yaşayış məntəqələrində vətəndaşların daxili miqrasiya məsələlərindən irəli gələrək bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur".
Nazir bildirib ki, məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq.