Akif Əlizadə AMEA prezidentliyindən getdi - İSTEFA VERDİ (YENİLƏNİB)

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu APA -ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.
Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

09:46

İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur. 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib:

“Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.