BDU-nun keçmiş rektoru dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.

Bu barədə APA -ya BDU-nun Hüquq fakültəsinin dekan müavini Toğrul Vəliyev məlumat verib.

O qeyd edib ki, F. Səməndərov bu gün 80 yaşında vəfat edib.

Xatırladaq ki, F. Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub.

O, BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.