Gələn ilin büdcəsində təhsilə ayrılan xərclər artırılıb

2013-cü ildə qəbul olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan “Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması” istiqamətində mühüm addımlar atılıb. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artırılır.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, 2020-ci ilin büdcəsində təhsil xərcləri 3.1 milyard manat proqnozlaşdırılıb.

Bu isə 2019-cu ilə nisbətən 38.3 faiz artım deməkdir. Belə ki, 2019-cu ildə təhsil xərclərinə 2.3 milyard manat ayrılıb.