Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) yeni tərkibi müəyyənləşib. Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik ümumi yığıncağında məlumat verib.
O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir.
RH-nın yeni tərkibində AMEA prezidenti akademik Ramiz Mehdiyev, birinci vitse-prezident akademik İsa Həbibbəyli, birinci vitse-prezident akademik İbrahim Quliyev, vitse-prezident akademik Tofiq Nağıyev, vitse-prezident akademik Dilqəm Tağıyev, vitse-prezident akademik Nərgiz Paşayeva, vitse-prezident akademik İradə Hüseynova, vitse-prezident akademik Rasim Əliquliyev, akademik katib, akademiyanın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev, akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev təmsil olunur.
Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.
13:14
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı başlanıb. Ümumi yığıncaqda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Gündəliyə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.