"Səsli, özü oxuyan kitabların yaradılmasına ehtiyac var"
"Pandemiya dövründə disitant təhsildən ən çox əziyyət çəkən ibtidai sinif şagirdləri oldu" .
Sherg.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, birincilərin hərf tanıması, oxuyub anlama, yazma bacarıqlarından zəif formalaşdı: "Buna hər kəsin kompüter, telefon, planşet və internet imkanlarının olmaması ilə yanaşı, bəzi müəllimlərin də keyfiyyətli dərs keçməməsi də səbəb oldu. Vəziyyətdən çıxış yolu kimi, səsli kitabların, özü oxuyan kitabların yaradılmasını zəruri hesab edirəm.
Yəni şagirdlər üçün heç bir kənar şəxslərin köməyi olmadan kitab ozu oxusun, məlumat versin. Bəli, deyəcəksiniz ki, bu şagirdlərin tənbəlləşməsinə gətirib çıxara bilər. Amma ilkin bacarıqların formalaşması üçün bu ən optimal çıxış yoludur.
Düşünürəm ki, bütün siniflər üzrə Azərbaycan dilində belə resursların yaradılmasına ehtiyac var".