Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bu barədə məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan olunacaq.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, bu istiqamətdə də karantin qaydalarında yumşaldılmalar olacaq.