“Koronavirus pandemiyası ilə bağlı 2021-ci ildə də bəzi mövzular üzrə buraxılış və qəbul imtahanlarına suallar salınmayacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
O qeyd edib ki, ötən ilin oktyabr ayında Təhsil İnstitutu tərəfindən şagirdlər üçün ixtisar edilməsi tövsiyə olunan mövzular bildirilmişdi:
“Həmin mövzuların keçirilməməsi tövsiyə edilmişdi ki, bu da şagirdlər üçün bir güzəşt idi. Sözügedən siyahını Dövlət İmtahan Mərkəzi ilə də bölüşmüşük”.
“Builki məzunlar üçün də qəbul və buraxılış imtahanlarında həmin suallar üzrə mövzular salınmayacaq”, - deyə V.Yaqublu əlavə edib.