“Təhsil haqqı problemi var, bunu inkar etmək olmaz”.
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu, ali təhsil müəssisələri ilə ümumi uzlaşma qaydasında fərdi formada həll olunmalıdır: “Həmçinin təhsil kreditləri ilə bağlı hökumət və parlament arasında anlaşmaya dair planlar var. Bununla əlaqədar 80 milyon manat nəzərdə tutulub. Kreditlərin 2 istiqamətdə olması nəzərdə tutulur”.