Sertifikasiya imtahanında aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər

“Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı nəticə toplayan müəllimlər yenidən imtahan verəcəklər”.

“Report”un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar: “Ümid edirik ki, builki sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 368 nəfər ikinci şanslarında uğur qazanacaqlar”.