"Ana məhəbbəti" mövzusunda nümunəvi dərs: maraqla qarşılandı - FOTOLAR 

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyət planına uyğun olaraq 10 Aprel 2023-cü il tarixində ibtidai sinif müəllimi Tağıyeva Sevinc Ağasəlim qızının təşkilatçılığı ilə 1a sinfində Azərbaycan dili fənni üzrə "Ana məhəbbəti" mövzusunda nümunəvi dərs təşkil olunub.

"Sherg.az" xəbər verir ki, dərsdə müasir təlim metodlarından istifadə olunub. Şagirdlərin fəallığı ilə keçən dərsin sonunda  fikir mübadiləsi aparılıb,  rəylər  ümumiləşdirilib və  qiymətləndirmə aparılıb.

Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Dərs böyük maraqla qarşılanıb və  qənaətbəxş hesab olunub.