Yüksək  nəticə göstərən müəllimlərə güzəşt olmalıdır  - Millət vəkili

"Milli Məclisin son plenar iclasında müəllimlər üçün sertifikatlaşdırma imtahanlarının sayının azaldılmasını və bu məslədə differensial yanaşmanın tətbiqini təklif etdim".

"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir: 

"Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi hesab edilməsin".