Azərbaycan Texnologiya Universitetində yeni təyinat olub

Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bu barədə APA-ya Universitetdən bildirilib.

Bildirilib ki, bu vəzifəyə dosent Cəsarət Şabanov təyin edilib.

Qeyd edilib ki, Cəsarət Əliheydər oğlu Şabanov 6 mart 1965-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetinin aqrokimya və torpaqşünaslıq ixtisasını 1993-cü ildə fərqlənmə ilə bitirib. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspirantura təhsili aldıqdan sonra, 2001-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Müxtəlif illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, Dövlət Yerquruluşu Layihə İnstitutunda torpaqşünas-mühəndis, Bakı Dövlət Universitetində (BDU) laboratoriya müdiri, baş müəllim, dosent vəzifələrində çalışıb, bunadək isə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini işləyib.