Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq.
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir:

"Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq".