Ödənişli əsaslarla oxuyanlar Qarabağ Universitetində təhsil haqqından azad olunacaqlar

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. İbtidai sinif müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Xarici dil müəllimliyi (ingilis dili)

5. Hüquqşünaslıq

6. Beynəlxalq münasibətlər

7. Maliyyə

8. Mühasibat

Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?

1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq

2. Ödənişsiz təhsil

3. Ödənişsiz yataqxana

4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd

5. Hər bir tələbəyə kompüter

6. Müasir maddi-texniki bazası olan universitet kampusu

7. Yeni məzmunlu təhsil proqramları

8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti

9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları

10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi