Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiya yaradılıb.
İdarədən APA-ya verilən xəbərə görə, Komissiyanın fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
Ətraflı
Qeyd olunan komissiyaya müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Əlavə olaraq qeyd edirik ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.