
Hasan Oktay: TDT yaxın gələcəkdə çox təsirli birliyə çevriləcək
Yusif Sultanoğlu
04:57 13.06.2024
Siyasət
448
Türkiyənin Azərbaycana hər sahədə qeyd-şərtsiz dəstəyi daha yüksək səviyyəyə qaldırılacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin Misirdən sonra Türkiyəyə səfəri çox mühüm idi".
Bu barədə "Sherg.az"a türkiyəli professor, “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib.
Professor bildirib ki, ölkə başçılarının ilk növbədə Ankara Esenboğa Hava Limanında, daha sonra Beştəpədəki prezident iqamətgahında təkbətək görüşü son dərəcə əhəmiyyətli idi:
"Görünən odur ki, Türkiyənin Azərbaycana hər sahədə qeyd-şərtsiz dəstəyi daha yüksək səviyyəyə qaldırılacaq. İran Prezidenti İbrahim Rəisinin dünyasını dəyişməsindən sonra Azərbaycana təzyiq etməyə cəhdlər edildi, Qəzzanı bəhanə edərək əks hərəkətə keçənlər oldu. Bunun arxasında İrana bağlı qüvvələrin dayandığını və Türkiyə-Azərbaycan arasında gərginlik yaratmağa çalışdıqlarını nəzərə alsaq, dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri son dərəcə önəmlidir. Prezident İlham Əliyevin Misirdəki çıxışı və Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı açıqlamaları Türkiyə tərəfindən son dərəcə müsbət qarşılandı. Bundan əlavə, Türkiyə və Azərbaycanın Ermənistanla sülh imzalanma mərhələsinə çatması və Azərbaycanın regionda güclü dövlətə sürətlə çevrilməsi Türkiyə üçün son dərəcə önəmlidir".

Hasan Oktay əlavə edib ki, Xəzərin altından keçəcək tunelin fəaliyyətə başlaması türk ölkələri arasında nəqliyyatın fasiləsiz olması baxımından mühümdür:
"Türk Dövlətləri Təşkilatı üçün vazkeçilməz olan bu layihənin Ərdoğan-Əliyev arasında müzakirə edildiyi şübhəsizdir. Dünyadakı nümunələrlə müqayisə edildikdə, Türk Dövlətləri Təşkilatının çox açıq enerji qaynaqları var. Azərbaycan rəhbərinin son günlərdə Türk Dövlətləri Təşkilatı ilə bağlı xüsusi mesajları, Ərdoğanla görüşü TDT-nin yaxın gələcəkdə çox təsirli birliyə çevriləcəyindən, Türkiyə, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşacağından xəbər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm