
Cennifer Lopez və Ben Afflek "xəyalarındakı evi" satışa çıxarıblar
Yusif Nəzərli
20:19 13.07.2024
Şou
774
20 il sonra möhtəşəm bir mərasimlə evlənən Cennifer Lopez və Ben Afflekin evlərini internet saytında satışa çıxarması ayrılıq dedi-qodularını gücləndirib. Cütlüyün uzun axtarışlardan sonra tapdığı malikanə 68 milyon dollara satılır.
Sherg.az xəbər verir ki, Müğənni Cennifer Lopez və Oskar mükafatlı aktyor Ben Afflek 20 il əvvəl sürpriz şəkildə ayrılıblar. Ancaq illər sonra yenidən bir araya gələn cütlük 16 iyul 2022-ci ildə Las-Veqasda sadə bir mərasimlə evləndi. Cütlük daha sonra uzun müddət gündəmdə qalan möhtəşəm toy edib.

Bu yaxınlarda cütlüyün ayrılacağı iddia edilib.
Boşanma iddiaları ilə bağlı hələ də açıqlama verməyən cütlüyün 60 milyon dollarlıq malikanəsini satışa çıxardığı iddia edilib. Cütlük bir il əvvəl Los-Ancelesin Beverli Hills şəhərində 12 yataq otağı, 24 vanna otağı olan malikanə alıb.
Evlənməzdən əvvəl təxminən iki il yaşayacaqları ev axtaran Lopez-Afflek cütlüyü dəbdəbəli malikanəsini rəsmən satışa çıxarıb. Cütlük keçən il 60 milyon dollara aldıqları malikanə üçün 68 milyon dollar istəyir.
Bildirilib ki, evdə abadlıq işləri son dörd ayda yekunlaşıb. Ev hal-hazırda daşınmaz əmlak saytında "satılır" kimi qeyd olunub.
Cütlüyün boşanma prosesində olduğu və aylardır ayrı yaşadığı məlum olub.
Hələ də toy üzüyü taxdığı görünən Afflekin Brentvudda keçmiş həyat yoldaşı Cennifer Qarnerə yaxın bir evdə aylıq 100 min dollar kirayədə qaldığı, Lopezin isə "artıq yeni ev axtarışında olduğu bildirilirdi. ."
People jurnalının məlumatına görə, Ben Afflek artıq satışa çıxardıqları evdə əşyalarını qablaşdırmağa başlayıb. 54 yaşlı aktyorun əşyalarını yığarkən, Cennifer Lopezin Avropada tək tətilə getməsi diqqətdən qaçmayıb.
İddialara görə, aktyor Lopez tətildən qayıtmazdan əvvəl əşyalarını evdə yığmaq istəyir.
Digər tərəfdən Lopezin Atalar Günü ilə bağlı paylaşımı ayrılıq iddialarına son qoyub. Lopez sosial media hesabında "Qəhrəmanımızın Atalar Günü mübarək" deyərək paylaşım edib.
Cütlük məsələ ilə bağlı açıqlama verməsə də, Afflekin nikah üzüyü olmadan görüntülənməsi və cütlüyün daha sonra evlərini satışa çıxarması ayrılıq iddialarını gücləndirib.
Daily Mail-in yazdığına görə, Cennifer Lopez artıq "evliliyini davam etdirmək üçün mübarizə aparmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat