Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
Sherg.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli "Sherg.az"a bildirib ki, digər universitetlərin də publik hüquqi şəxsə keçirilməsi təmin edilə bilər:
“Publik hüququ şəxsə çevrilməsi universitetlərə daha rahat və çevik hərəkət etmələri üçün faydalıdır. Bu həm də tələbələrin xeyrinə olacaq. Yəni təhsilin keyfiyyətinə, elmin inkişafına birbaşa təsir edən faktorlardır. Əvvəlki illərdə publik hüquqi şəxsə çevrilən universiterlərlə, çevrilməyənlər arasındakı fərqi çox rahatlıqla görə bilirik. Publik hüquqi şəxsə çevrilmiş universitetlər strateji olaraq fəaliyyətlərin icrasını daha rahatlıqla edirlər. Ümumiyyətlə müəyyən dönəmdən sonra artıq publik hüquqi şəxs olan universitetlərdə muxtariyyət məsələsidə müzakirəyə çıxarılmalıdır. Universitetlərə muxtariyyətin verilməsi elmin inkişafına xüsusi xidmət edəcək”.