
Ekspert: Direktorların valideynləri təşvişə salması əsassızdır
Yusif Nəzərli
07:58 16.04.2025
Elm və Təhsil
511
Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum edə bilməz
Buraxılış imtahanı nəticələri elan olunduqdan sonra bəzi məktəb rəhbərliyi tərəfindən valideynlərlə əlaqə qurularaq "filan fəndən övladınız 2 qiyməti alıb və buna görə də attestatına 2 yazılacaq" deyə qorxuducu zənglər edərək, gəlib məktəb rəhbərliyi ilə görüşməsi istənilir. Hətta uşağın bu vəziyyətdə attestat ala bilməməsi barədə valideyni həyəcanlandırırlar.
Valideyn də uşağın buraxılış imtahanındakı real nəticəsinin zəif olduğunu gördüyü üçün təşvişə düşür və çıxış yolu axtarmağa başlayır.
Maraqlıdır, şagirdlərin qiymətləndirilməsinə buraxılış imtahanı nə kimi təsir göstərir?
Təhsil eksperti Ramin Nurəliyevin “Sherg.az"a açıqlamasına görə, əgər şagird 10 və 11-ci sinfi 4-5 qiymətlərlə bitiribsə, illik qiymətləri buraxılış imtahanı xaric 4 və yaxud da 5 olarsa, buraxılış imtahanını nəticəsinə görə qiyməti 2 olsa belə, bu şagirdin illik ortalaması 2 olmur və ona ümumi illik qiyməti 2 yazıla bilməz:

"Buraxılış imtahanının 2 olması şagirdin ümumi nəticəsinin 2 olması demək deyil. 11 il məktəbdə əziyyət çəkib 4-5 ilə oxuyan şagird bir imtahanın nəticəsi ilə ümumi qiymətləndirilməməlidir. "Təhsil haqqında" qanunda və şagirdlərin ümumi qiymətləndirilməsi qaydasında belə bir qayda yoxdur. Bu vəziyyətdə hər hansı bir fəndən yarımillik qiymətlərinə görə 4, 5 alan şagird buraxılış imtahanında 2 alsa da, onun ortalaması hardasa 3 və yaxud da 4 kimi qiymətləndirilməlidir.
Tutaq ki, şagird məktəbdə hər hansı bir fəndən illik olaraq 2 alacaq və buraxılış imtahanından da nəticəsi 2 qiyməti ilə nəticələndi. Bu vəziyyətdə belə şagirdin illik qiyməti 2 yazılır və onun attestat alması təmin olunur. Sadəcə, attestatda həmin fənnə 2 qiyməti yazılır, vəssalam. Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum edə bilməz.
Buna görə də, bəzi məktəb rəhbərliyinin valideynləri təşvişə salması əsassızdır, əgər bunun arxasında hər hansı bir tamah məqsədli plan varsa, bu, qanunsuzdur. Bu kimi hallar ilə qarşılaşan valideynlər mütləq MÜTDA-ya və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
18:34 12.06.2026
Dünya
"Meta" platformalarında qlobal nasazlıq yarandı
18:18 12.06.2026
Texnologiya
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:15 12.06.2026
Gündəm
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
17:53 12.06.2026
Hadisə
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
17:33 12.06.2026
Gündəm