3 nəfərdə mobil telefon aşkar edildi
09:29 03.07.2021
Elm və Təhsil
989
Onlar imtahandan xaric olunublar
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib. Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. İmtahanlar 12 şəhər və rayonda təşkil olunub. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 44 imtahan binası, 728 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 44 ümumi imtahan rəhbəri, 124 imtahan rəhbəri, 889 nəzarətçi–müəllim, 88 buraxılış rejimi əməkdaşı, 44 bina nümayəndəsi ayrılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. Bugünkü imtahanlarda nəzarətçilər tərəfindən 3 nəfərdə mobil telefon aşkar edilib və onlar imtahandan xaric olunub. İyulun 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalı aparılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Elşən Ramizoğlu bir sıra məqamlara toxunub. O qeyd edib ki, ümumiyyətlə, imtahanlarda qayda-qanundan kənar hərəkət etmək qadağandır:
"İmtahanda saxta sənəd gətirmək, öz yerinə başqasını göndərmək, mobil telefon, digər rabitə vasitələri, konspekt lüğət və s. yardımçı vasitələrdən istifadə etmək qadağandır. Təhsilalan imtahan başlamazdan əvvəl bu məlumatlar ilə tanış olur, razılaşır və öz imzası ilə qol çəkir. Qanuni cəhətdən baxsaq, ümumtəhsil pilləsində "Təhsilalanların yekun attestasiyasının aparılmasi qaydaları haqqında" Nazirlər Kabinetinin qərarının 2-ci bəndində göstəridiyi kimi bu hallar aşkar edilərsə, şagirdin imtahan nəticələri ləğv edilir. Bu halda təhsilalan inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir".
E.Ramizoğlu ötən gün müxtəlif bölgələrdə keçirilmiş imtahanlara da toxunub:
"Təbii ki, indidən imtahan nəticələri haqqında nəsə demək tezdir. Ancaq ümumi olaraq demək istəyirəm ki, bəzi şagirdlər sualların çətinlik səviyyəsindən narazı olublar. Bildiyiniz kimi, pandemiya dövründə şagirdlər tədrisdən müəyyən qədər geri qalıblar. Və görünən odur ki, bu amilin də öz mənfi təsirləri olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət