Zəngəzura nəzarət ABŞ-yə verilsə, xaos qaçılmazdır -İsmail Cingöz
13:26 15.07.2025
Aktual
620
Yeni dünya sistemi ABŞ-nin Qafqaz regionunda məskunlaşması üçün uyğun deyil
Bu məsələ Türkiyə, Azərbaycan və Ermənistanla, ən pis halda isə üçtərəfli konsorsiumun şəklində həll edilməlidir
Son dövrlərdə regional və beynəlxalq gündəmdə mühüm yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizinin gələcək taleyidir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürmək istədiyini bildirib. Onun sözlərinə görə ABŞ 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etməyi təklif edib. ABŞ-nin Qafqazda möhkəmlənmək cəhdləri və bunun fonunda Zəngəzur dəhlizi üzərində mümkün nəzarət planları, regionun gələcəyi baxımından strateji risklər doğurur.
Sherg.az-a açıqlama verən beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Zəngəzur dəhlizinin 32 kilometrlik hissəsinin 100 il müddətinə ABŞ-nin nəzarətinə verilməsi məsələsinin uzunmüddətli regional strategiya baxımından təhlükəli addım kimi qiymətləndirib:
"Yeni dünya sistemində güc bazalarının təzədən qurulması prosesi davam edərkən, ABŞ-nin Qafqazın bu regionuna daxil olmağa çalışdığı məlum idi. Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalışan ABŞ kimi imperialist ölkəyə Zəngəzur dəhlizinin nəzarətinin verilməsi regionun strategiyası və gələcək hədəflər baxımından uyğun deyil.
Bunun üçün ən uyğun tərəflər olan Türkiyə, Azərbaycan və Ermənistanla nəzarət sistemi hazırlana bilər. Zəngəzur dəhlizinə nəzarətin bu üç ölkədən başqa hər hansı tərəfə həvalə edilməsi uzunmüddətli perspektivdə tərəflər arasında ixtilaf və xaosa səbəb olacaq. Üstəlik, yeni dünya sistemi ABŞ-nin Qafqaz regionunda məskunlaşması üçün uyğun deyil. Gələcək əsrin ən mühüm layihələrindən sayılan Pekin-London xəttində “Dəmir İpək Yolu” layihəsi kimi bir layihə üçün Şərqə və Qərbə açılan qapı rolunu oynayacaq Zəngəzur dəhlizi kimi strateji bir nöqtədə ABŞ-nin məskunlaşması Vaşinqton üçün möhtəşəm bir inkişaf olsa da, Azərbaycan və Türkiyə üçün uyğun addım deyil. Biz gözləyirik ki, qərar qəbul edən orqanlar, şübhəsiz ki, buna belə baxacaqlar".
Ekspert bu məsələnin Türkiyə, Azərbaycan və Ermənistanla, ən pis halda isə üçtərəfli konsorsiumun şəklində həll edilməli olduğunu bildirib:
"Üçtərəfli konsorsium tərəfindən idarə edilməli olan Zəngəzur dəhlizinin birgə idarə olunması uzunmüddətli sülh üçün daha yaxşı olar. Bu, həm də Ermənistan, Azərbaycan və Türkiyə üçlüyü ilə dialoqun inkişaf etdirilməsi baxımından mühüm inkişaf olacaq. Dördüncü ölkənin-ABŞ və ya başqa bir ölkənin bu əraziyə daxil olması regionda iğtişaşlara səbəb ola bilər. Eyni məntiqlə tərəflər arasındakı məsələlərə Amerika qarışmamalıdır. 100 illik layihəyə nəzarət başqa ölkəyə verilməməlidir. Bu, təhlükəsizlik səbəbləri və strateji məqsədlər üçün uyğun olmaz".
Müsahibimiz sonda Türk dünyasının enerji geosiyasətini birləşdirəcək Zəngəzur dəhlizində imperialist ölkənin-ABŞ-nin və ya hər hansı başqa ölkənin olmasının türk dünyasının geosiyasəti üçün də təhlükə yaradacağını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə