Absurd: “İnformatika müəllimliyi”nə kimyadan imtahan verirlər”
Banuçiçək Kalbalıyeva
10:00 19.04.2021
Elm və Təhsil
894
“Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: “İnformatika müəllimliyi” ixtisasını seçənlərin informatikadan deyil, kimyadan qəbul imtahanı vermələridir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Ekspert məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli “qocalıb”. Uzun illərdir ali məktəblərə qəbulda “informatika, yoxsa kimya” problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ DİM və Təhsil Nəzirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT yönümlü ixtisası, o cümlədən informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika əvəzinə, kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər”.
Onun fikrincə, iki qurum arasında fikir ayrılığı var:
“DİM deyir ki, texnoloji ixtisaslara informatikadan imtahan götürülərsə, əksəriyyət kəsiləcək. DİM düşünür ki, bu, nazirliyin problemidir, məktəblərdə informatikanın tədrisi yetərli olmadığına görə şagirdlərin bilik və bacarıqları da qənaətbəxş deyil.
Nazirliyin kontur-arqumenti isə belədir: bu, DİM-in problemidir, gərək DİM informatikanı imtahan olaraq daxil etsin ki, məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın. Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görünür ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var.
Amma MİQ müsabiqələrindən sonra informatikanın tədrisinin məktəblərdə xeyli yaxşılaşdığını nərərə almalıyıq.
Beləliklə, iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir problem həll olunmadan qalır. Bir müddət öncə DİM riyaziyyatdan bəzi imtahan tapşırıqlarının informatika fənni üzrə ola biləcəyini açıqlamasına rəğmən, sonradan bunlar da unuduldu”.
O. Gündüzün sözlərinə görə, qərarlar tələblərə uyğun verilməlidir:
“Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var. Məncə, hökumət DİM və Təhsil Nazirliyini, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumlarını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü sənaye inqilabının çağırışlarını, rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq İT yönümlü ixtisasların olduğu 1-ci Qrupun imtahanlarında kimya fənnini informatika ilə əvəzləməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm