
ADU-da imtahan sessiyası izlənildi - Mediatur+ FOTO
Yusif Nəzərli
13:35 16.01.2023
Elm və Təhsil
977
Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub.
"Sherg.az" xəbər verir ki, media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırlıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib.

Qeyd olunub ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.
Yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın, magistratura səviyyəsində isə 586 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 6-dən 13-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 3-dək davam edəcək.
ADU-da 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya