Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə dərc olunub
11:53 05.09.2021
Elm və Təhsil
709
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
DİM-dən APA-ya verilən məlumata görə, jurnalda 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.
Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.
Jurnalı artıq aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. (burada sentyabrın 6-dan etibarən)
Jurnalın elektron versiyasını (pdf formatında) sentyabrın 6-dan DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya