“Ali təhsil müəssisələrinin muxtariyyət məsələsi həll olunmalıdır”
“Ali təhsil müəssisələrinin muxtariyyət məsələsi həll olunmalıdır”
Yusif Nəzərli
10:20 16.08.2022
Elm və Təhsil
734
Ötən gün Azərbaycanda üç universitet publik hüquqi şəxsə çevrilib. Bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan çevrilmə yolu ilə yenidən təşkil edilməsini özündə əks etdirən 300 və 301 №-li Qərarı qəbul edilib və həmin Qərarlara əlavə olaraq həmin universitetlərin nizamnamələri təsdiq edilib.
Həmçinin digər bir qərarla Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevirilib və yeni Nizamnaməsi təsdiqlənib. Universitetin nizamnamə fondu isə 48609595,88 (qırx səkkiz milyon altı yüz doqquz min beş yüz doxsan beş manat səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilib.
Bəs bu dəyişiklik ali təhsil ocaqlarımız üçün nə ifadə edir ? Universitetlərin publik hüquqi şəxsə çevrilməsindəki səbəblər nədir ?
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Sherg.az”a açıqlamasında suallara aydınlıq gətirib. O, bildirib ki, bu tədris ocaqlarının publik hüquqi şəxsə çevrilməsi ilə bağlı verilmiş ilk qərar deyil:
“Bundan öncə də bir neçə kollec barədə analoji qərar qəbul olunmuşdu. Hesab edirəm ki, publik hüquqi şəxsə çevrilən universitetlər üçün eyni imkanlar yaranacaq. Azərbaycan Respublikasının Qanunvericiliyinə görə publik hüquqi şəxslərlə əlavə imkanlar verilir. Bu iki təhsil ocağına da xüsusi imkanlar veriləcək.
Onlar gəlirlər əldə etmək, əlavə vəsaitləri cəlb etmək, eyni zamanda bu vəsaitlər üzərində müstəqil sərəncamlar vermək hüququ qazanırlar. Bu baxımdan sözügedən qərar ali təhsil müəssisələrinin inkişafını sürətləndirməyə kömək edən faktorudur”.
İ.Orucov düşünür ki, ali təhsil müəssisələrinin muxtariyyət məsələsi zamanla həll olunmalıdır:
“Parlamentdə Ali Təhsil Haqqında Qanun müzakirə olunur. Bu qanun qəbul olunsa, təhsil ocaqlarının inkişafında yeni mərhələ başlayacaq. İndiki halda qeyd olunan universitetlərin publik hüquqi şəxsə çevrilməsi əslində bir bir qədər muxtariyyətin də verilməsi deməkdir.
Zənnimcə, növbəti mərhələlərdə digər ali təhsil müəssisələri barədə eyni addımların atılacağını görəcəyik. Əlbəttə ki, bunu ölkəmizdə ali təhsil ocaqlarına verilən önəm, təhsilin inkişafına dövlətin qayğısı kimi qiymətləndirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat