AMEA tərəfindən hərbi layihələrin genişləndirilməsi aktualdır
09:30 28.08.2019
Elm və Təhsil
612
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsi olduqca aktualdır.
Bunu AMEA Rəyasət Heyəti Aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
Akademikin sözlərinə görə, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir.
A.Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə artıq üç ildir ki, fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu, innovativ tədbirlərin həyata keçirildiyini bildirib.
AMEA prezidenti qeyd edib ki, əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya