Ayaqyolunun olmamasına etiraz edən müəllimdən ŞOK XƏBƏR: “Artıq özümü...” – “Sındırırlar”?
Yusif Nəzərli
12:28 12.01.2023
Elm və Təhsil
2199
Leyla Nəcəfquliyeva:“Məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər”
Cəsarət Hüseynzadə:“İctimaiyyət fəal vətəndaşlarımızı müdafiə etməlidir. Əllbəttə ki, məmular belə insanları müxtəlif yollarla sındırmağa çalışacaq”
İmişli rayonu Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbindəki ayaqyolu problemini sosial şəbəkədə ictimailəşdirən həmin məktəbin müəllimi Leyla Nəcəfquliyevaya qarşı anti-təbliğat kampaniyasına son qoyulduğu zənn edildi. Lakin belə deyilmiş. Üzürsüz səbəbdən (ayaqyolunun olmaması üzürsüz səbəb hesab edilmir – M.R.) işə gəlmədiyinə görə töhmət alan L.Nəcəfquliyeva haqqında indi də məktəbin sabiq direktorunun gəlini olduğu qeyd edilir və müəllimənin problemi qabartmasını ailə-məişət müstəvisinə, şəxsi ədavətə bağlamağa çalışırlar.
Halbuki problem ictimailəşdikdən sonra Regional Təhsil İdarəsinin məktəbdə monitorinq apardığı və problemin təsdiqləndiyi bildirilirdi. L.Nəcəfquliyevanın sonuncu videosu isə həm də bardağı daşıran son damla olduğundan ictimai qınaq fəaliyyətə keçdi və müəllimin müdafiəsinə qoşulanların sayı artdı.
Xatırladaq ki, yayımladığı videoda L.Nəcəfquliyeva müdafiəçilərinə aksiyanı dayandırmalarını xahiş edirdi, həm də böyük təşviş içində və ağlayaraq: “Çox xahiş edirəm, aksiyanı dayandırın. Dayandırmasanız, birazdan məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər. Hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Mən özümdən qorxmuram, artıq özümü saxlaya bilmirəm. Mən indi məktəbə necə gedəcəm? Bilmirəm... Yazın ki, Leyla müəllimə işdən azad edilsin”. Təbii ki, bu müraciətdə haqsız hücumlara məruz qalan xanım müəllimin qınaq obyektinə çevrilməsindən doğan sarsıntılı halı göz önündədir. Vəziyyət elə bir həddə çatıb ki, müəllim müdafiə olunmaq belə istəmir artıq.
Lakin cəmiyyətimiz bu dəfə yüksək həmrəylik nümayişini sərgilədi. Və məhz ictimaiyyətin təpkiləri sayəsində məktəbin sanitar qovşaq probleminin həlli istiqamətində konkret addımlar atılımağa başlanıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də bu fikirdədir ki, ictimai rəy proseslərə təzyiq göstərmək iqtidarındadır:
- Bütün çətinliklərə bağmayaraq ölkəmizdə ictimai rəy və qınaq öz təsirini göstərə bilir. Biz buna İmişli rayonu, Aranlı kənd orta məktəbinin müəlliminin müdafiəsində bir daha şahid olduq. Deməli, vətəndaş təşəbbüsü ilə inkişaf və irəliləyişlər üçün imkanlar mövcuddur.
Dövlətimizin milli maraqlarına qarşı olmayan hər bir şəxs çətin bir zamanda cəmiyyətimizin ayrı -ayrı nümayəndələri tərəfindən müdafiə ediləcək. Vətəndaş cəmiyyəti müəllimənin müdafiəsinə qoşulmalıdır. Bu, təhsilimiz üçün çox vacibdir.
Ümumi rəy də bundan ibarətdir ki, ictimaiyyət fəal vətəndaşlarımızı müdafiə etməlidir. Əllbəttə ki, məmular belə insanları müxtəlif yollarla sındırmağa çalışacaq, çünki onların "əməllərinə" mane olurlar. Lakin ictimaiyyət bunun qarşısını almağa qadirdir.
QHT-lər belə işdə xüsusi fəallıq göstərməlidir. Vətəndaş cəmiyyətinin formalaşması, bu kimi xoşagəlməz halların aradan qaldırılmasında vacib rol oynayır. İctimai qınağın vacibliyini nəzərə alsaq gələcəkdə bu və ya digər hadisələrə vətəndaş münasibətində ictimai qınağın faydasını görmüş olacağıq. Məhz ictimai qınaq sayəsində problemə aydınlıq gətirildi. Müəlliməyə qarşı müsbət münasibət formalaşdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya