Azərbaycanda bu universitetə rekord sayda tələbə qəbul oldu
11:06 26.08.2019
Elm və Təhsil
576
Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planı ilk mərhələdə 92,12 faiz dolub.
Universitetdən verilən məlumata görə, 2019/2020 tədris ilində ADAU üçün ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub.
Bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir. ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici 2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil müəssisəsinə 1292 tələbə qəbul olmuşdu.
Yeni tədris ilində əyani və qiyabi şöbələr üzrə 54 ixtisas üzrə qəbul aparılıb. Qəbul imtahanlarının ilk mərhələsində 40 ixtisas üzrə qəbul planı tam dolub.
Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlər görülür. Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir.
Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya