Azərbaycanda bu universitetə yeni rektor təyin olundu
14:18 13.07.2023
Elm və Təhsil
674
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.
Universitetdən Trend-ə verilən məlumata görə, ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi də yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.
Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004–2007-ci illərdə Fransanın Marc Bloch Universitetində 2 magistr, 2007–2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona Strasburq Universitetinin doktoru elmi dərəcəsi verilib.
Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.
Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.
Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya