AzTU-nun rektoru I kurs tələbələrilə görüşdü - “Mən sizin dostunuz olacağam” - FOTOLAR
14:37 23.09.2019
Elm və Təhsil
955
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin sentyabrın 23-də ölkənin aparıcı ali texniki təhsil ocağının birinci kurs tələbələri ilə görüşü keçirilib.
Sherg.az-ın xəbərinə görə, AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, yenicə tələbə adını qazanan gəncləri təbrik edən rektor Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətlərə diqqəti cəlb edib, tələbələrə olan tələb və gözləntilərini səsləndirib. AzTU-nun təcrübəli professor-müəllim heyətinə sahib olmasından, tələbə-müəllim münasibətlərindən, yeni tədris ilində ciddi dəyişikliklərin hədəfləndiyindən danışan professor V.Vəliyev keçmişi arxada buraxaraq gələcəyə baxmağa çağırıb, yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarına keçməyin vaxtı çatdığını bəyan edib.
Tələbələri fəal olmağa çağıran, “zəif, kəsirli tələbə bizə yad olmalıdır” deyən rektor şəffaf münasibətləri vacib saydığıni, tələbələrin yanında olacağını, onlara hərtərəfli dəstək verəcəyini bildirib: “Mən sizin dostunuz olacağam!”
Professor V.Vəliyevin sözlərinə əsasən, AzTU Elmi Şurasının oktyabrın 2-də keçiriləcək iclasında Texniki Universitetin fəaliyyəti və gələcək inkişafı üçün önəmli məsələlər müzakirə ediləcək və mühüm addımlar atılacaq.
Görüşdə AzTU rektoru tələbələri maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara bir daha uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm