Bakı məktəblərində bu vəzifələrə işə qəbul başladı
06:25 27.08.2019
Elm və Təhsil
581
Bakı şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən xəbərə görə, avqustun 27-29-da laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabaxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, 2-6 sentyabr tarixlərində isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək. Ümumilikdə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir. Müsahibəyə dəvət edilənlərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur. Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm